Miqrendən əziyyət çəkirsiniz?,-bu yazını mütləq oxuyun!

Harvard Universiteti alimləri araşdırma nəticəsində aşkar ediblər ki, miqrendən əziyyət çəkən qadınlarda bu pozulmadan əziyyət çəkməyənlərlə müqayisədə ürək-damar sistemi xəstəlikləri daha tez-tez inkişaf edir.

Bu araşdırmada 115 min qadın iştirak edib. Bu qadınların 15 %-i miqrendən əziyyət çəkirdi. Araşdırma göstərib ki, baş ağrılarından əziyyət çəkən qadınlarda ürək-damar sistemi xəstəliklərinin riski 2 dəfə çox olub. Miqrendən əziyyət çəkən qadınlarda infarkt və stenokardiya kimi pozulmalara daha tez-tez rast gəlinir.

Bundan əvvəl aparılan araşdırmalar göstərib ki, miqren insultun riskini artırır. Alimlər qadınlara miqrendən passiv şəkildə əziyyət çəkməyi deyil, miqreni müalicə etməyi tövsiyə edirlər.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here