MİS üzrə kiçik mütəxəssis vəzifəsinə işçi

“Vijn Fond AzərKredit” MMC MİS üzrə kiçik mütəxəssis vəzifəsinə işçi qəbulunu elan edir.

“Vijn Fond AzərKredit” MMC (AzərKredit) kiçik və orta sahibkarlara öz bizneslərini genişləndirmək və iqtisadi vəziyyətlərini inkişaf etdirmək üçün onları kreditlərlə təmin edir ki, bununla da ölkənin iqtisadi inkişafına kömək göstərir. Şirkət Azərbaycanda fəaliyyət göstərən ən böyük BOKT-larından biridir. İşəgötürən olaraq AzərKredit, özünün daha uğurlu gələcəyini təmin etmək məqsədi ilə müasir təlimlər, əla işçi atmosferi, işçi bacarıqlarının artırılması vasitəsi ilə özünün insan resurslarına sərmayə yatırır.

Biz İT / MİS komandamıza qoşulmaq üçün kiçik MİS mütəxəssisi axtarırıq.

Biz rəqabətə davamlı əmək haqqı və müavinətlər paketi və o cümlədən, maraqlı və müxtəlif iş mühiti təklif edirik.|
İş yeri Bakı şəhərində AzərKreditin Baş Ofisində olacaq.
İş rejimi Bazar ertəsindən Cümə günü də daxil olmaqla, 11:00-dan 20:00-dək olacaq.

Əsas vəzifə və öhdəlikləri:

CBC (Core Banking system) Temenos 24 sistemi üzrə istifadəçilərin işinə dəstək və işin izlənməsi
CBC üzrə işlərin qaydasında getməsini təqdim etmək məqsədilə gündəlik əməliyyatları və prosesləri icra etmək;
İş gününün yekunu (CBC üzrə COB) üzrə işləri icra etmək, backup prosedurları və hesabatlarını təqdim etmək;
Əməliyyat səviyyəsində, o cümlədən backup prosedurları üzrə House applikasiyalarını dəstəkləmək;
Əməliyyat səviyyəsində CBC istifadəçilərinə yardım etmək, istifadəçilərə Temenos sistemi üzrə məsləhət vermək;
Bakı və regional ofislərində İT/MİS layihələrin icrasında iştirak etmək;
İT/MİS Departamentinin rəhbəri, İdarə Heyəti tərəfindən verilmiş digər tapşırıqları icra etmək;
Şirkət fəlsəfəsi və məqsədlərini qavramaq və dəstəkləmək;
Supervayzer tərəfindən qoyulmuş hədəflərə çatmaq üçün bacarıqları imkanını hər bir səyi göstərmək və
AzərKreditin məqsədinə çatması üçün davamlı olaraq çalışmaq;
Bütün fəaliyyətlərini AzərKredit siyasətləri və prosedurlarına uyğun aparmaq;
Şirkətin fəlsəfə və məqsədlərini başa düşmək və dəstəkləmək;
Öz bacarıqları daxilində birbaşa rəhbəri tərəfindən qoyulmuş hədəflərə çatmaq, həmçinin AzərKreditin qarşıya qoyduğu məqsədlərinə nail olması üçün daim çalışmaq;
Bütün fəaliyyətini AzərKreditin siyasət və prosedurlarına uyğun şəkildə həyata keçirmək.
Namizədlər ixtisaslaşma, bilik və texniki qabiliyyətlər baxımından aşağıdakı tələblərə cavab verməlidirlər:

Ali təhsil dərəcəsi;
Müvafiq sahədə ən azı 2 il təcrübə;
Xüsusilə Temenos T24 olan əsas bankçılıq sistemlərini bilmək;
Linux OS biliyi, CentOS üzrə təcrübə əlavə üstünlük hesab ediləcək;
MS Office proqramlarını yaxşı bilmək;
VBA biliyi; bank (maliyyə) sistemləri üzrə hesabatların yazılmasında təcrübənin olması üstünlük hesab ediləcək;
Planlaşdırma və təşkilatçılıq bacarıqları;
Ölkə daxilində keçirilən İT tədbirlərində və tələb olunduğu halda müxtəlif təlimlərdə iştirak etmək imkanı;
Bir neçə tapşırığı idarə edə bilmək və gərginlik altında işləyə bilmək;
Azərbaycan və ingilis dillərini (yazılı və danışıq) yaxşı bilmək, rus dilini də bilməsi arzuolunandır;
Yaxşı şəxsi keyfiyyətlər, komanda işi bacarıqları;
Təşkilatın missiyasına sadiqlik.
Maraqlı namizədlərdən xahiş olunur ki, CV-ləri 22 oktyabr 2014-cü il tarixinədək e-mail [email protected] (mövzu hissəsində ‘Junior MIS Specialist’ göstərin) və ya faks vasitəsilə (012) 597 30 39təqdim etsinlər.

Nəzərinizə çatdırırıq ki, işə qəbul prosesinin növbəti mərhələləri üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

E-ünvan: [email protected]
Fax: (012) 597 30 39