RESPONSIVE LEADERBOARD AD AREA
ƏSAS SƏHİFƏ

Misir Mədəniyyət Mərkəzi hazrılıq kursları təşkil edir

5.6K

Azərbaycanda ilk ərəb mədəniyyət mərkəzi olan Misir Mədəniyyət Mərkəzi (1999-cu il) Ərəb mədəniyyətinin ölkəmizdə tanıdılmasında böyük rol oynamaqla yanaşı, Misirlə Azərbaycan arasında mədəni-elmi əməkdaşlıq işində canlı bir körpüdür.

Mərkəzin əsas fəaliyyət istiqamətləri aşağıdakılardar:

  • Ölkələrimiz arasında əlaqələrə dair tədbirlərin təşkili;
  • Misirin tarixi, musiqisi, ədəbiyyatı, sənəti, korifeyləri, filmləri və mədəniyyəti haqqında tədbirlərin təşkili;
  • Ölkələrimiz arasında təhsil əlaqələrinin inkişaf etdirilməsində iştirak etmək.
    Eyni zamanda, Mərkəz ərəb dilinin peşəkar səviyyədə tədrisinə də töhfələr verir. Belə ki, Mərkəzin nəzdində ərəb dilindən hazırlıq kursları təşkil edilmişdir. Kurslar əsasən aşağıdakı sahələri əhatə edir:
  1. Danışıq
  2. Qrammatika
  3. Tərcümə üsulları
  4. Mətbuat dili
    Kursu uğurla bitirənlərə Misir Mədəniyyəti Mərkəzi tərəfindən diplom veriləcəkdir. Təlimçilər ərəb ölkələrində təhsil almış azərbaycanlı müəllimlər və Misir Ərəb Respublikasından dəvət olunmuş müəllimlərdən təşkil olunmuşdur. Həmçinin kursların nəzdində şənbə günləri saat 14:00-da misirli mütəxəssislər tərəfindən pulsuz danışıq klubu təşkil olunur və Misir filmləri nümayiş etdirilir
    Qeyd edək ki, Misir Mədəniyyət Mərkəzində bütün sahələri əhatə edən, ərəb, ingilis, fransız dillərində zəngin kitabxana fəaliyyət göstərir. Kitabxana həftə içi hər gün, iş günləri saat 10-dan 17:00-a qədər fəaliyyət göstərir.

Ünvan: Hüseyn Arif küç. 20 (Teymur Əliyev küçəsi ilə kəsişmə).
Telefon: 012 561 12 17, 051 522 77 28

https://www.facebook.com/egyptculturalcenter

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı