“Mona Liza”nın villası 10 milyona satılır

İtaliyanın Toskana şəhərində “Mona Liza”nın villası 10 milyon avroya satışa çıxarılıb.

Bu barədə Trend İtaliyanın “The Local.it” qəzetinə istinadən xəbər verir.

Satışa çıxarılan villanın sahibi vaxtilə Leonardo da Vinçinin rəssam “Mona Liza”nı yaradarkən modeli olub.

Florensiyanın 5 kilometr yaxınlığında yerləşən villanın kiçik kilsə və limon meşəliyi daxil olmaqla geniş ərazisi var. Vaxtilə bu imarətə ipək taciri Françesko del Cokonda sahiblik edib. Deyilənə görə, onun həyat yoldaşı Liza Gerardini (1479-1542) görkəmli rəssama poza verib.

Rəssam qiymətsiz şedevri 1503-1506-cı illər ərzində çəkib. Bu illər ərzində L.Gerardininin həyat yoldaşı villanın sahibi olub.

axar.az1460754586mona_liza_150416