Moskva Dövlət Pedaqoji Universitetinin müəllimləri BSU-da mühazirə oxuyublar

Bu gün Moskva Dövlət Pedaqoji Universitetinin (MDPU) bir qrup professor və müəllim heyəti Bakı Slavyan Universitetinin (BSU) tələbələri qarşısında mühazirə oxumaq üçün Azərbaycana gəlib.

Rusiya ilə Azərbaycanın ali təhsil müəssisələri arasındakı əlaqələr barədə qısaca danışıb. O, bu münasibətlərin dövlət başçıları səviyyəsində də dəstəkləndiyini qeyd edib.

MDPU-nun prorektoru Lyudmila Trubina mühazirə oxuyacaq professor və müəllim heyətini gənclərə təqdim edib. O bildirib ki, azərbaycanlı tələbələr onları maraqlandıran suallarla moskvalı müəllimlərə-pedaqoji elmlər namizədi, məktəbəqədər təhsilin nəzəriyyəsi və metodikası kafedrasının dosenti İrina Andryuşinaya, filologiya elmləri namizədi, rus dili kafedrasının dosenti, ibtidai siniflər üçün rus dili dərsliyinin müəllifi Stansilav İvanova, pedaqoji elmlər doktoru, ədəbiyyat metodikası kafedrasının müdiri, orta məktəblər üçün ədəbiyyat dərsliyinin müəllifi, Dissertasiya Şurasının sədri Viktor Çertova, pedaqoji elmlər namizədi, ritorika və nitq mədəniyyəti kafedrasının müdiri Olqa Knyazevaya, psixologiya elmləri namizədi tətbiqi dilşünaslıq kafedrasının dosenti Nataliya Dutkoya müraciət edə bilərlər.

Qısa tanışlıqdan sonra MDPU-nun professor və müəllim heyəti BSU-nun müxtəlif auditoriyalarında öz ixtisasları üzrə mühazirələr oxuyublar.

 

apa.az

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here