MQF Gənclər Departamenti KÖNÜLLÜLÜK fəaliyyəti üzrə VAKANSİYAlar elan edir

MQF Gənclər Departamenti KÖNÜLLÜLÜK fəaliyyəti üzrə VAKANSİYAlar elan edir

Milli Qeyri-Hökumət Təşkilatları Forumu Gənclər Departamenti fəaliyyətini genişləndirmək məqsədi ilə könüllülük VAKANSİYAları élan edir. Dialoq.info xəbər verir ki, MQF Gənclər Departamentində aşağıda göstərilən vakansialara uyğun könüllü fəaliyyət göstərmək istəyən gənclər öz CV-lərini mqf.gencler@gmail.com adresinə göndərməlidirlər. CV-lərin son qəbul tarixi: 30.10.2014
(CV-də şəklin və Şəxsin fəaliyyəti haqqında geniş məlumatın olması mütləqdir )

Vakansiyalar:
• İctimai Əlaqələr
1. KİV ilə iş sektoru
2. QHT-lərlə iş sektoru
3. Sosial media ilə iş sektoru

• İnsan resursları
1. Ali təhsil müəssisələri ilə iş sektoru
2. Yeni üzvlərlə iş sektoru

• Layihələr
• Təşkilati işlər

MQF-nin əsas məqsədi Milli Qeyri-Hökumət Təşkilatları hərəkatının genişlənməsi, üçüncü sektorun və vətəndaş cəmiyyətinin inkişafı, QHT-lərin fəaliyyətinin qabaqcıl beynəlxalq təcrübəyə, mövcud qanunvericiliyə uyğun qurulması və koordinasiya edilməsi, dövlət orqanları, bələdiyyələr, milli və beynəlxalq donorlar, həmçinin media və özəl sektorla QHT-lərin qarşılıqlı faydalı əməkdaşlığının təmin olunması və onların üzləşdiyi problemlərin birgə həllinə yardım etməkdir.
Əlaqə : mqf.gencler@gmail.com

 

CV formasını (http://dialoq.info/cv-numunələri#more-30510) dan əldə edə bilərsiniz !