MSK-nın növbəti iclası keçirilib

Aprelin 11-də keçiriləcək növbədənkənar prezident seçkiləri ilə bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün növbəti iclası keçirilib. Məzahir Pənahovun sədrliyi ilə keçirilən Mərkəzi Seçki Komissiyasının iclasında gündəlikdə duran məsələlərə baxılıb.

Daha sonra MSK katibi Arifə Muxtarovaya söz verilib.

Mərkəzi Seçki Komissiyasının iclasında Azərbaycan prezidenti, Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyevin namizədliyinin irəli sürülməsinin təsdiq olunması müzakirə edilib. Yeni Azərbaycan Partiyasının fevralın 8-də keçirilən qurultayında İlham Əliyevin prezidentliyə namizədliyi irəli sürülüb.

Qeyd edək ki, Seçki Məcəlləsinə əsasən sənədlərin komissiyaya təqdim edilməsindən sonra 5 gün müddətində MSK namizədliyin irəli sürülməsinin təsdiq olunub-olunmaması barədə əsaslandırılmış qərar qəbul etməlidir.

SİA

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here