MTRŞ-dan ANS-lə bağlı açıqlama

“Baş Prokurorluğun məlumatının ANS televiziyasının fəaliyyətinin bərpası ilə bağlı yayılan məlumatlara heç bir aidiyyəti yoxdur”.

Bunu “Report”a açıqlamasında Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli deyib.

O bildirib ki, ANS haqqında sosial şəbəkələrdə məlumatların yayımlanması bu televiziyanın yenidən açılması məsələsinin gündəmdə olması anlamına gəlmir: “Məlumatlar sosial şəbəkədə yayılırsa, bu o demək deyil ki, bu məsələ gündəmdədir. Bakı Apelyasiya Məhkəməsi ANS televiziyası ilə bağlı öz qərarını verib və televiziyanın fəaliyyətinə xitam verilib. Bununla da ANS televiziyası ilə bağlı məsələ bitib”.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here