Müəllimlər üçün yeni mexanizm (VİDEO)

Ucqar kənd məktəblərində müəllim çatışmazlığının həllinə çalışılır. Bunun üçün kəndlərdə çalışan pedaqoqlara dövlət tərəfindən müəyyən güzəştlər tətbiq edilir.

Təhsil Naziri Mikayil Cabbarov bu güzəştlərin davam etdiriləcəyindən danışıb. O, həm də müəllimlərin işə qəbulunun mərkəzləşdirilmiş qaydada həyata keçirilməsinin səmərəli olduğunu vurğulayıb.

“Ucqar kənd məktəblərində müəllimlərin işə cəlb edilməsi üçün xüsusi təşviqedici mexanizmlər mövcuddur. Gələcəkdə də müəllimlərin mərkəzləşdirilmiş şəkildə işə qubulu prosesi davam etdirələcək. Çünki bu təcrübə özünü doğruldur. Bu sistem daha bilikli müəllimlərin işə qəbuluna imkan verir”, – deyə Mikayıl Cabbarov qeyd edib.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here