“Müasir İnkişaf” İctimai Birliyinin daha bir kitabı çapdan çıxdı

“Müasir İnkişaf” İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Erkən evlilik” probleminin sosioloji tədqiqi və onun həlli istiqamətində maarifləndirmə tədbirlərinin keçirilməsi” layihəsi başa çatıb. Layihə çərçivəsində Bakı, Abşeron, Şamaxı, Astara rayonlarında maarifləndirmə tədbirləri keçirilib, buklet və kitab nəşr edilib.

“Erkən evlilik probleminin araşdırılması və ondan çıxış yolları” adlanan kitabın müəllifi AMEA Fəlsəfə İnstitutunun əməkdaşı, fəlsəfə doktoru Rauf Məmmədov, redaktoru “Müasir İnkişaf” İctimai Birliyinin sədri Mübariz Göyüşlüdür.

“Servis AZ” MMC-nin mətbəəsində çap olunan kitab, 150 səhifədən, üç fəsildən ibarətdir. Birinci fəsil “Erkən evlilik tarixinin gender təhlili”, ikinci fəsil “Erkən evliliyin müasir sosioloji tədqiqi”, üçüncü fəsil “Erkən evlilik: səbəb və nəticələr” adlanır. Kitabda xarici ölkələrdə və Azərbaycanda erkən evliliyin gender təhlili, müasir statistikası, vəziyyəti geniş şəkildə araşdırılıb. İslam dinində erkən evliliyə münasibət, Qurani-Kərimdə həddi büluğ səviyyəsi və s. məqamlara toxunulub, onların şərhi verilib. Erkən evliliyin yaratdığı gender bərabərsizliyi, təhsil, yoxsulluq, yetkinlik və s. problemlər tədqiq olunub. “Nəticə və tövsiyələr” adlanan bölümdə aparılmış təhlillər sistemləşdirilib, problemlərdən çıxış yolları üçün konkret təkliflər qeyd olunub.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here