“Müasir İqtisad Məktəbi” layihəsinə start verilir

Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatı və Binəqədi Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Binəqədi gəncləri üçün “Müasir İqtisad Məktəbi” layihəsinə start verilir.

Layihənin keçirilməsində məqsəd iqtisadi yönümlü ixtisaslarda təhsil alan istedadlı və yüksək analitik düşüncə tərzi olan tələbələri  bir araya gətirməkdən ibarətdir.

Layihə iştirakçıları hər birində 4 nəfər olmaqla 5 komandaya bölünəcəklər. Layihənin gedişatında iştirakçılar onlara araşdırmaları üçün verilən mövzulara uyğun təqdimatlar hazırlamaqla bərabər müxtəlif təlim və seminarlarda iştirak edəcəklər. Həmçinin, layihədə iştirak etmə hüququ qazanan gənclər  sənaye müəssisələrinə təşkil olunacaq ekskursiyalarda da iştirak etmək şansı qazanacaqlar.

Layihəyə seçim iki mərhələdə aparılacaq. İlk mərhələdə layihədə iştirak etmək istəyən gənclər aşağıda göstərilən link vasitəsi ilə qeydiyyatdan keçəcəklər. İlk mərhələni uğurla keçmiş gənclər ikinci mərhələyə –  müsahibə mərhələsinə dəvət ediləcəklər. Bu mərhələni də uğurla keçməyi bacaran 20 gənc  isə layihədə iştirak etmək hüququ qazanacaqlar.

Layihədə iştirak etmək  üçün son qeydiyyat tarixi: 31.10.2014
Layihədə iştirak etmək istəyən şəxslər aşağıdakı link vasitəsi ilə qeydiyyatdan keçə bilərlər.
https://docs.google.com/forms/d/1PeghoDOKGH-z9irmChyhEWeNTVDBXT0wiM0rfF3FNB4/viewform?pli=1&edit_requested=true

 

iqtisad1(1)