Müasir kişilər tamamilə spermasız qala bilər…

Hər il kişilərin təbii nəsilartırma toxumlarının – spermalarının keyfiyyəti əhəmiyyətli dərəcədə pisləşir. Buna əsas səbəb ekoloji çirkli mühit və zərərli yemək və içkilərdir.

ABŞ-dakı Sidney Kimmel Tibb kollecinin alimləri “IVIRMA” Fertillik(nəsilvermə) klinikasından olan həmkarları ilə birlikdə belə bir nəticəyə gəliblər.
Tədqiqat müəllifləri sonsuzluqla üzləşmiş 120 mindən çox kişinin sağlamlığını təhlil ediblər. Belə bir yekdil nəticəyə gəlinib ki, çağdaş həyat tərzi kişilərin nəsilartırma qabiliyyətini tamamilə məhv edə bilər. Güclü cinsdə “üzgüçülər” adlanan hərəkətli spermaların sayı hər il 1,8% azalır. Bu nəticə də ABŞ şəhərlərinin 85% -nin monitorinqini aparmış tədqiqatçılar tərəfindən əldə edilib.

Zərərli, süni kimyəvi qatqılı, qeyri-təbii, ayaqüstü, fastfud qidaların qəbulu və ətraf mühitin çirklənməsi sperma keyfiyyətinin pisləşməsinə səbəb olur. Alimlərin fikrincə, ümumiyyətlə bəşəriyyətin gələcək həyatını təhdid edən bir çox amillər var. Belə getsə, tezliklə qadın yumurtalarını nəinki öz halal əri tərəfindən təbii yolla, süni yolla da mayalamaq üçün heç bir sağlam sperma tapılmayacaq…

P.P. Müasir super dünya güclərinin də əsas məqsədlərindən biri bəşəriyyəti kişi-qadın olması, hansı dinə, millətə mənsubluğu bilinməyən amorf, yalnız qarnını doyurmağa çalışan kölə bir kütləyə çevirməkdir. Bu prosees artıq on illərdir ki, Azərbaycanda da gedir. Gəlin ayılaq və özümüzə, oğul-qızlarımıza hər addımımızın, ağzımıza qoyduğumuz qidanın, içdiyimiz mayenin və s. halallığına diqqət etməyi aşılayaq…. Əks halda gələcəyimiz bütün mənalarda kütləvi fəlakətə doğru gedir…

Moderator.az

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here