Mübariz Qurbanlı vətəndaşları qəbul edib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Gəncə şəhərində vətəndaşları qəbul edib.
Dövlət Komitəsindən verilən məlumata görə, qəbuldan öncə Mübariz Qurbanlı və Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Rafiq Şəfiyev ümummilli lider Heydər Əliyevin şəhərin baş meydanında ucaldılan abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar.

Azərbaycan Dövlət Aqrar Universitetinin əsas binasında keçirilən qəbulda M.Qurbanlı Gəncə, Naftalan şəhərlərinin, Daşkəsən, Göygöl, Goranboy, Samux rayonları sakinlərinin müraciətlərinə baxıb.

Vətəndaşlar, əsasən, dini icmaların fəaliyyəti, onların dövlət qeydiyyatına alınması, məscidlərin təmiri, dini maarifləndirmə ilə əlaqədar icmalara vəsaitlərin ayrılması, məscidlərin dini təyinatlı kitablarla təmin edilməsi və digər məsələlərlə bağlı müraciət ediblər.

Müraciətlərin bir qismi yerindəcə öz həllini tapıb. Araşdırılmasına ehtiyac olan bir sıra məsələlərin qanunvericiliyə uyğun, operativ həlli üçün müvafiq tapşırıqlar verilib.

AzVision.az

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here