Müdafiə Nazirliyinin rəhbərliyi Yel çərşənbəsini təlimlərdə iştirak edən şəxsi heyətlə keçirib

Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Yel çərşənbəsini təlimlərdə iştirak edən hərbi qulluqçularla birgə keçirib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, milli mənəvi dəyərlərimizin qədim ənənələrindən olan Novruz bayramı ərəfəsində şəxsi heyətlə görüşən nazir bayram şənliyində iştirak edib, tonqal ətrafında toplaşan əsgər və zabitlərlə söhbət edib.

Görüşdə döyüş hazırlığının, sosial-məişət şəraitinin, mənəvi-psixoloji vəziyyətin və döyüş ruhunun yüksək olduğunu xüsusi vurğulayan hərbi qulluqçular ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi məqsədilə Ali Baş Komandanın döyüş əmrinə hazır olduqlarını bildiriblər.

AZƏRTAC

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here