RESPONSIVE LEADERBOARD AD AREA
MƏDƏNİYYƏT 2019.08.09

Müğənni Emil: “Mən Kadırov yox, Qədirovam”

98

Rusiyada gənc ifaçılar arasında keçirilən “Yeni dalğa” mahnı müsabiqəsində ötən il iştirak etmiş azərbaycanlı müğənni Emil Kadırov Rusiya mətbuatına müsahibə verib.

Virtualaz.org xəbər verir ki, gələcək planları, iş və ailə həyatı haqqında söhbət açan müğənni həm də soyadından danışıb.

E. Kadırov həmişə soyadının diqqət çəkməsini və bir çox işdə ona kömək olmasını vurğulayıb: “Məndən tez-tez soruşurlar ki, Çeçenistan prezidenti ilə qohumluq əlaqələrim varmı? Əslində mənim doğulduğum ölkədə – Azərbaycanda bu soyad Qədirovdur. Rusiyada isə mən Kadırov oldum. Qədirov mənim atamın və babamın soyadıdır. Doğrudur, soyadımı dəyişmək və təxəllüs götürmək fikrim var idi. Ancaq bu gün Kadırov kimi çox yerə asanlıqla gedə bilirəm”.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı