Muğam Mərkəzində növbəti konsert “Dəşti” muğamına həsr ediləcək

Noyabrın 18-də Beynəlxalq Muğam Mərkəzində “Muğam və mənəviyyat” adlı layihənin növbəti konsert proqramı təqdim olunacaq.

Mərkəzdən  bildirilib ki, Beynəlxalq Muğam Mərkəzinin və “Mədəniyyət” kanalının birgə təşkilatçılığı ilə keçiriləcək konsertdə Xalq artistləri Aygün Bayramova, Nəzakət Teymurova, Almaz Orucova və tanınmış xanəndə Fərəməz Gərmrudi çıxış edəcək. Onları “Könül” instrumental ansamblı müşayiət edəcək.

Biletləri şəhərimizin mərkəzləşdirilmiş kassalarından və “ASAN xidmət” mərkəzlərindən almaq olar.

AZƏRTAC

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here