Mühəndis-mexanik vəzifəsinə vakansiya

İŞ ELANI “Halal-P” şirkəti Azərbaycan bazarında 1996-cı ildən fəaliyyət göstərir. Şirkət kiçik, orta və böyük mətbəələri CTP sistemləri, vərəqli və rulonlu ofset maşınları, rizoqraflar, tam rəngli sistemlər və müxtəlif dərəcələr üçün çapdan sonrakı avadanlıqlarla təchiz edir. Şirkət 20-dən artıq dünyaca məşhur brendlərin Azərbaycandakı rəsmi distribüteridir. Dialoq.info xəbər verir ki,  “Halal-P” şirkəti Mühəndis-mexanik vəzifəsinə vakansiya elan verir. İşin təsviri – Mühəndis-mexanik printer, skaner, surətçıxarma, faks və mətbəə avadanlıqlarının quraşdırılması, profilaktikası və təmiri ilə məşğul olur ; – Təmir, quraşdırma, profilaktika işlərini ofisdə və ya birbaşa müştərinin ünvanında həyata keçiririr; – Lazım olan avadanlıq hissələrini sifariş edir. – İş qrafiki: I-V günlər 09:00-18:00; V gün 09:00-17:00;bazar günü istirahət günündür Əsas tələblər Texniki sahədə orta və ya ali təhsilin olması ( Avtomatika və radiotexnika ixtisası üzrə ali təhsil almış nümayəndələrə üstünlük verirlir. Ofis və mətbəə avadanlıqlarının təmiri üzrə iş təcrübəsinin olması Azərbaycan və rus dillərində səlis danışma, ingilis dilində ilkin biliklərin olması Texniki biliklərin artırılması üçün xarici ölkələrdə keçirilən təlimlərdə iştirak etmək məhdudiyyətinin olmamalıdır. Gərgin iş rejimində çalışmaq bacarığına malik olmalıdır. “Halal – P” MMC Bakı ş., S.S.Axundov, 5F, 2-ci mərtəbə Tel: (+99412) 4971021, 4974022 Faks: (+99412) 4976415 e-mail: [email protected] Uyğun namizədlər öz CV-lərini [email protected] e-mail ünvanına “SUBJECT” qrafasında “Mühəndis-mexanik” yazaraq göndərə bilərlər (yalnız elektron ərizələr nəzərə alınır): Ərizələrin göndərilməsinin son tarixi 30 oktyabr 2014-cü il “Halal-P” şirkəti öz işçilərinə geniş inkişaf imkanları yaradır. Bu imkanlardan siz də yararlanın!