Mühazirə: “Çap edilmiş fizika”

23 Oktyabr 2014-cü il tarixində YARAT  öz qərargahında Ludqa Hovestad (Ludger Hovestadt) tərəfindən mühazirə keçiriləcək.
Mühazirə “Çap edilmiş fizika” adlanır.
Dialoq.info xəbər verir ki, informasiya texnologiyası çap texnologiyasıdır. Təsəvvür etdikdə, o da asudə vaxtda verimli misaldır, məsələn qəzet kimi. Bu səbəbdən digər mexaniki sistemlərdən fərqli olaraq o hər zaman, her yerdə daha tez böyüyür. Və elə bu səbəbdən biz dünya üzərində sürətlə tarıma çəkilməkdə olan çoxşahəli şəbəkənin fərqinə varırıq, hansında ki, məlumat və ya digər hər nə isə planetimizə işıq sürətinə yaxın elektromaqnitik fenomen şəklində hücum edir. O şəbəkə ki, təkcə qeyri-stabilliyə yox, həmçinin köhnə sistemləri getdikcə əvəz etməyə başlayan sabitliyə səth kimidir. Baxmayaraq ki, əcdadlarımız torpağı günəşin ahəngi ilə becərib və günəşin şölələrin əksi ilə şəhərlər tikib, bu gün biz getdikcə daha çox bizə tanış və təhlükəsiz əraziləri tərk edirik və biz nəyi qiymətləndirdiyimizi aydın ifadə etməyi öyrənməliyik.

Ludqa Hovestad (Ludger Hovestadt) 2000-ci ildən etibarən Sürixdə (İsvecrə) Kompüter Dəstəkli Memarlıq Dizaynı (CAAD) üzrə İsveçrə Federal Texnologiya İnstitutunun (ETH) professorudur. Onun tədqiqatlara yanaşma üsulu memarlıq və informasiya texnologiyaları arasında yeni əlaqələrin kəşfindən ibarətdir. Onun məqsədi post-sənaye dövründə siyasət və demoqrafik, o cümlədən texnologiya kimi müxtəlif sahələrdə inkişafa dair və onu əhatə edən qlobal perspektivin inkişafıdır. Ludqa digitalSTROM® çipinin ixtiraçısı və Ağıllı Bina Texnologiyası, Rəqəmsal Dizayn və İstehsalat sahələrində bir sıra şirkətlərinin təsisçisidir. Onun ən son işinin nümayişinə “Beyond the Grid – Memarlıq və İnformasiya Texnologiyaları. Rəqəmsal Arxitektonik Proqramları ” da rast gəlmək olar.

23 Oktyabr, 2014-ci il, saat 19:00
Ünvan: Port Baku Towers, Neftçilər prospekti, 153.
Giriş sərbəstdir
Mühazirə ingilis dilində Azərbaycan dilinə sinxron tərcümə ilə keçiriləcək.