Münaqişələrin idarəolunması mövzusunda Teatr əsaslı təlim

Münaqişələrin idarəolunması mövzusunda Teatr əsaslı təlim Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycan Respublikasındakı Səfirliyinin maliyyə dəstəyi ilə Avrasiya Əməkdaşlıq Fondunun icra etdiyi Münaqişə Məktəbi çərçivəsində Y-PEER Azerbaijanın təşkilati dəstəyi və Hilton Bakı otelinin texniki dəstəyi ilə həyata keçirilir.

Layihənin məqsədi gənclərin bu mövzuda maarifləndirilərək münaqişə ilə əlaqədar yeni yanaşmaların və fikirlərin paylaşılması və onların sosial teatrlar vasitəsilə cəmiyyətə çatdırılmasıdır.

Təlim 13-16 mart 2015-ci il tarixlərində “Hilton Bakı” Otelində baş tutacaq.
Təlimin müddəti: hər gün 10:00-18:00

İştirakçılar lunch və coffee breaklə təmin olunacaq.

Təlimdə iştirak tamamilə ödənişsizdir!

Təlimdə iştirak edəcək 20 gənc həmyaşıd təlimçisi statusunu qazanaraq, öz bacarıq və biliklərini həmyaşıdlarına təlimlər keçməklə paylaşmaq imkanı əldə edəcək.

Təlimdə iştirak etmək üçün aşağıdakı Müraciət formasını dolduraraq CV ilə birlikdə “Teatr əsaslı təlim” başlığı ilə [email protected] ünvanına göndərməyiniz xahiş olunur.

Yüklə | Müraciət forması | (*.doc file) https://docs.google.com/document/d/1rrl4TREdhtXKDKnOIGt5PPtaCCzCWU5T9ad4PU8ekm0/edit?usp=sharing

Son göndərmə tarixi: 10 mart, 2015-ci il saat 18:00-dır!

Yalnız seçilmiş iştirakçılara 11 mart 2015-ci il tarixində seçilmələri barəsində və təlimlə bağlı ətraflı məlumat veriləcək.

Ətraflı məlumat və sullarınızla bağlı əlaqələndirici şəxs İzzətxanım Cabarlı ilə [email protected] emaili vasitəsi ilə əlaqə saxlaya bilərsiz.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here