Müsabiqə qaliblərinin mükafatlandırma mərasimi keçiriləcək

“Pətək” Yeni Nəslin Mənəvi Tərbiyəsi İctimai Birliyinin  Azərbaycan Respublikası Təhsil  Nazirliyinin dəstəyi  və TİKA ilə birgə icra etdiyi  “Dəyərlərimiz-sərvətimiz, gələcəyimizdir” layihəsi çərçivəsində keçirdiyi məktəblərarası müsabiqə qaliblərinin mükafatlandırma mərasimi keçiriləcək.      Layihə çərçivəsində keçirilən təqdimatlarda Təhsil Nazirliyinin və Bakı Təhsil İdarəsinin nəzdində olan 80 ümumtəhsil məktəbindən 5714 şagird, bölgələr üzrə 11 rayonun 202 məktəbindən 1883 şagird iştirak edib. Müsabiqəyə qatılan  Bakı şəhər məktəbliləri və bölgə üzrə 11 rayonun (Astara, Lənkəran, Masallı, Salyan, Şirvan, Hacıqabul, Zaqatala, Balakən, Şəki, Oğuz, Qəbələ) məktəbliləri ”Milli mənəvi dəyərlərə əsaslanan nümunəvi kişi və nümunəvi qadın” mövzusunda “Ən yaxşı hekayə” və “Ən yaxşı videoçarx”  nominasiyaları üzrə yarışırdılar.  

Tədbirdə  Təhsil Nazirliyinin və Bakı Təhsil İdarəsinin nəzdində olan  ümumtəhsil məktəb və liseylərində, həmçinin rayonlar üzrə müsabiqəyə qatılan fəal  şagirdlər,  məktəb direktorları və müəllimlər,  Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin, Ombudsman aparatının, eləcə də TİKA-nın nümayəndələri iştirak edəcəklər. Təntənəli şəkildə keçiriləcək qaliblərin mükafatlandırma mərasimində qaliblərə hədiyyə və diplomların təqdim olunması, fəal iştirak edən şagirdlərə  simvolik hədiyyələr, təşəkkürnamə verilməsi nəzərdə tutulub. Qeyd edək ki, mükafatlandırma mərasimi 16 aprel saat 15:00-da  “Park İnn” otelində  keçiriləcək. Tel: (012) 493 10 24.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here