RESPONSIVE LEADERBOARD AD AREA
ƏSAS SƏHİFƏ

Müsahibədə verilən 100 məşhur suallar

888

Sizi şirkətə müsahibəyə dəvət edəndə ilk növbədə hansı tipli suallar verilə bilər deyə düşünürsünüz. Onların hamısını sadalamaq qəliz ola bilər. Vəziyyətdən asılı olaraq, müxtəlif mövzular üzrə suallar ünvanlana bilər. Aydındır ki, hər bir suala orijinal cavab vermək hər birimizə xas bir xüsusiyyət deyil, lakin təcrübə göstərir ki onlara əvvəlcədən hazırlaşmaq işə qəbul olmaq ehtimalını yüksəldir.

Bütün bunları nəzərə alaraq yeni layihəyə start verdik “Həyacansız müsahibə”.

Layihəmizin ilk buraxılışı “Müsahibədə verilən 100 məşhur suallar”-a həsr olunub.

Cavabı verərkən işə qarşı olan marağı və biliklərinizi göstərməlisiniz. Unutmayın cavablarınız əzbərlənmiş kimi deyil, inandırıcı səslənməlidir.

Beləliklə, başlayaq…

  1. Özünüz haqqında nə deyə bilərsiz?
  2. Müsbət xüsusiyyətləriniz hansılardır?
  3. Mənfi xüsusiyyətləriniz hansılardır?
  4. Dəyər verdiyiniz hər hansı bir rəhbər varmı və niyə?
  5. Hansı üstün keyfiyyətlərə malik olan insanlarla daha yaxşı işləyə bilirsiz və niyə?
  6. Niyə bu işə sahib olmaq istəyirsiz? Sizi bu işə cəlb edən nədir?
  7. 5 il sonra özünüzü hansı vəzifədə görürsünüz?
  8. Ən çox hansı nailiyyətinizlə fəxr edirsiz?
  9. Biznes nahar zamanı qanlı steyk sifariş etdiyiniz yerdə, sizə onu qızardıb gətirsələr necə reaksiya göstərərsiniz ?
  10. Necə düşünürsünüz, sizin vəzifə təlimatınız hansı bəndlərdən ibarət olacaq?
  11. Sizcə, niyə tennis topunun üzü xovla örtülü olur?
  12. Yeni komandanın etibarını qazanmaq üçün hansı addımları atacaqsız?
  13. Əgər sizə hal-hazırda istədiyiniz bir yerdə olmaq imkanı verilsəydi, hansı yeri seçərdiniz?
  14. Əgər, sizdən daha az biliyə malik olan bir rəhbərin tapşırığı altında çalışsanız necə hiss edərdiniz?
  15. Elə bir insan olubmu ki, sizin karyera inkişafınızın müəyyən pilləsində böyük təsiri olsun?
  16. Sizin fikrinizcə, ideal şirkət necə olmalıdır?
  17. Bizim şirkətimizdə diqqətinizi nə cəlb etdi?
  18. Ən çox nə ilə fəxr edirsiniz?
  19. Gələcəkdə kariyeranızın necə inkişaf etməsini istərdiniz?
  20. Hansı korporativ qurumlar sizi daha çox cəlb edir – sərt distiplinli, ya sərbəst?
  21. Sizin maraq dairəniz nədir?
  22. İdeyalarınız haqqında danışın.
  23. Nələri arzu edirsiz?
  24. Nəçi olmaq istəyirsiz?
  25. İş tərzinizi necə təsvir edərdiz?
  26. Hansı avtomobili sürüsünüz, əgər varsa?
  27. İşdə münaqişə yaşamısınız?
  28. Axrıncı dəfə oxuduğunuz kitab?
  29. Abunə olduğunuz nəşriyyat?
  30. Sizcə, mükəmməl işçi atmosferi nece olmalıdır?
  31. Niyə məhz sizi işə götürməliyik?
  32. Keçmiş iş yerinizdə sizi ən çox nə narahat edirdi?
  33. Müdiriniz haqqında nə düşünürsüz?
  34. Müsahibə alan şəxs kimi, məni necə qiymətləndirərdiz?
  35. Mənə hansısa sualınız varmı?
  36. Ən çox nə vaxt öz işinizdən razı qalmısız?
  37. Siz başqa namizədlərin edə bilmədiyi fərqli nələri edə bilərsiniz?
  38. Keçmiş müdirinizin haqqınızda deyə biləcəyi üç müsbət fikir?
  39. O, sizin haqqınızda pis nə deyə bilərdi?
  40. Əgər siz heyvan olsaydınız, hansı olardınız?
  41. Nə cür mükafatdan razı qalardınız?
  42. İşlədiyiniz müddət ərzində əmək haqqınızın dəyişmə diaqramı?
  43. Yaxın gələcəkdə övlad sahibi olmağı planlaşdırırsız?
  44. Keçmiş işinizdə sahib olduğunuz vəzifə öhdəlikləri?
  45. Bu sahə haqqında nə bilirsiniz?
  46. Bizim şirkətimiz haqqında nə bilirsiniz?
  47. Şirkətimizə nəzərəçarpacaq töhfəni vermək üçün sizə nə qədər vaxt lazım olacaq?
  48. Ezamiyyətə göndərilməyə necə baxırsınız?
  49. Axırıncı dəfə rəhbərlik etdiyiniz layihə və onun nəticələri?
  50. Bu işə qəbul olduqda qarşınıza hansı məqsədləri qoyarsınız?
  51. Elə bir nümunə gətirə bilərmisiniz ki, sizdən tələb olunandan daha çoxunu etmisiz?
  52. Lotereyada udsaz, nə edərdiz?
  53. Nə vaxtsa, sizi işinizə görə tənqid ediblərmi?
  54. Vəzifə öhdəliklərini yerinə yetirməyən işçilərlə işləmisinizsə, bu halda necə davranmısınız?
  55. Sizin şəxsi məqsədləriniz hansılardır?
  56. Kimisə tənqid etmək və yaxud xoşagəlməz bir xəbər vermək məcburiyyətində qalmısınızmı?
  57. Ən böyük uğursuzluğunuz və onun sizə nələri öyrətdiyi haqqında danışın.
  58. Başqa insanlarda sizi qıcıqlandıran nədir və bunun öhdəsindən necə gəlirsiz?
  59. Ən çox nədən qorxursuz?
  60. Karyeranıza ən çox təsir göstərən kim olub?
  61. Necə fikirləşirsiniz, işinizin ilk 30 günündə nə ilə məşğul olacaqsız?
  62. Məktəb sizə ən vacib olan nəyi öyrətdi?
  63. Dostlarınız sizin haqqınızda deyə biləcəyi üç fikir?
  64. Cari fəaliyyətinizdə sizə nə qane eləmir?
  65. Əgər siz bu vəzifəyə müsahibə keçirtsəydiniz, hansı xüsusiyyətlərə malik olan insanlara üstünlük verərdiniz?
  66. Sizin xasiyyətinizi izah edəcək beş söz?
  67. İşlə bağlı olmayan ən böyük nailiyyətiniz?
  68. Bu karandaşı mənə satın.
  69. Əgər mən sizin rəhbəriniz olsam və sizə tapşıracağım işin müəyyən qismindən narazı olsaz, bu zaman nə edərdiniz?
  70. Sizin fikirinizcə əsl lideri sevmək lazımdı, yoxsa onnan qorxmaq?
  71. Son iki il ərzində verdiyiniz ən çətin qərar?
  72. Əylənmək üçün nə edirsiniz?
  73. Nəyə görə cari işinizdən getmək istəyirsiniz?
  74. Boş vaxtlarınızda nə ilə məşğul olursunuz?
  75. Rədd cavablarına necə reaksiya verirsiniz?
  76. Həyatınızda ən çətin olan dövr və onun öhdəsindən necə gəlmisiniz?
  77. Uşaqlıqdan sevimli xatirələriniz hansılardır?
  78. Nəyisə yanlış etdiyiniz bir vəziyyətdən danışın. Mövcud problemi həll etmək üçün nə etdiniz?
  79. Özünüz haqqında mənə bilmək istəmədiyim nəyi danışa bilərsiz?
  80. Yaxşı və pis arasındakı fərq?
  81. Niyə məhz bu ixtisas sahəsini seçmisiniz?
  82. Necə düşünürsünüz, yaxşı və ya pis lider hansı keyfiyyətlərə malikdir?
  83. Ən çox nəyə heyfsilənirsiniz və niyə?
  84. Sizdə olmayan hansı üç müsbət xüsusiyyəti deyə bilərsiz?
  85. Başqa insanlarda sizi nə qıcıqlandırır? Bunun öhdəsindən necə gəlirsiniz?
  86. Əgər siz bilsəydiniz ki, çalışdığınız şirkət hansısa qanunsuz bir fəaliyyətlə məşğul olur, o zaman nə edərdiniz?
  87. Gün ərzində saatın əqrəbləri neçə dəfə üst-üstə düşür?
  88. Tərəzi istifadə etmədən təyyarənin çəkisini necə müəyyən edə bilərsiz?
  89. Sizə həlli çətin olan məsələni eləməyi tapşırsaydılar, onun öhdəsindən necə gələrdiz?
  90. Əgər mən sizin müdirinizə əlavə hazırlıqla bağlı sual versəydim, hansı kı sizə lazım ola bilər o mənə nə təklif edərdi?
  91. Əgər siz super qəhrəmanlardan birinin hər hansı bacarığını seçə bilsəydiniz ki, bu hansı olardı?
  92. Son illər ərzində baxdığınız filmlər içərisində hansı daha çox xoşunuza gəlib?
  93. Əgər sizə günün sonuna çatdırılması mümkün olmayan bir neçə məsələni həll etmək tapşırılsaydı, nə edərdiz?
  94. Özünüzü təkminləşdirmək üçün hansı vəsaitlər və üsullardan istifadə edərsiniz?
  95. Hər hansı bir dövlət idarə etsəydiniz, bu hansı ölkə olardı və niyə?
  96. Bir anlıq təsəvvür edin, gözlərimi yumaraq çəkmələrimin iplərini necə bağlaya bilərəm?
  97. Mövcud olan iki insan tipindən hansına aidsiniz: vəziyyəti bütövlükdə yoxsa ayrı-ayrı elementləri üzrə yanaşan?
  98. Bu vəzifədə işinizin ilk 90 günündə öz strategiyanızı təsvir edin.
  99. Sizin qəhrəmanınız kimdir?
  100. Yazmaq ya rəsm çəkməkdən başqa karandaşdan istifadə etmənin 5 üsulu?

 

Mənbə: Asan Kadr

100 sual

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı