RESPONSIVE LEADERBOARD AD AREA
ƏSAS SƏHİFƏ

Müşfiq Ələsgərli: “Müxalifət anti-milli qüvvələrin əlaltısıdır”

28

“Müxalifət dərk edəndə ki, onlar cəmiyyət tərəfindən qəbul edilmirlər başladılar xarici maraqlı dairələrlə iş birliyi qurmağa”. Bunu SİA-ya açıqlamasında Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli deyib. Onun sözlərinə görə, bir insan ki, 26-27 ildir müxalifətdə oturur və heç bir faktiki fayda verə bilmirsə cəmiyyətin ondan üz döndərməsi təbii bir şeydir: “İndi onlar sosial şəbəkə üzərindən fəaliyyət göstərirlər.

Amma demək olmaz ki, onlar sosial şəbəkədə hansısa nəticələr əldə ediblər. İnternet izləyiciləri onların son çıxışlarına baxsalar görərlər ki, Əli Kərimli, Arif Hacılı və digərləri az qalırlar ki, insanlara yalvarsınlar ki, bizim danışdıqlarımızı, yazdıqlarımızı layk edin, paylaşın. Təbii ki, onlar bu müraciəti nəyə görə edirlər? Çünki onları heç kəs dəstəkləmir, onların paylaşdıqlarına heç kəs baxmır. Bu da onu göstərir ki, onların sosial şəbəkələrdə dayağı yoxdur və auditoriyanı itirə-itirə gedirlər.

Bu baxımdan, hər hansı bir nəticə qazanacaqlarını, ciddi bir dəstək alacaqlarını gözləmirəm. Atalar misalı var: deyir suda boğulan saman çöpünə də əl atır. Bunlarda boğulmaq, silinmək üzrə olduqlarına görə, hər vasitəyə əl atırlar. Həmin vasitələrdən biridə sosial şəbəkələr və onlar üzərindən yaydıqları təhqir, şər və böhtan xarakterli mənasız fikirlərdir. Demək olar ki, bu da onların son çabalarıdır, təbii ki, sosial şəbəkələrdə də heç bir dəstək qazanmayacaqlar. Çünki Azərbaycan cəmiyyətinin konkret mövqeyi var. Müxalifət anti-milli qüvvələrin əlaltısıdır”.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı