“Müzakirə klubu”nda gender bərabərliyindən danışılıb

YAP Gəncə şəhər təşkilatı Gənclər Birliyinin nəzdində fəaliyyət göstərən “Müzakirə klubu”nun bu dəfəki mövzusu “Gender bərabərliyi” olub.
Müzakirədə YAP Gəncə şəhər təşkilatı Gənclər Birliyinin sədri Yüksəl Məmmədov, təlimçi Nuriyə Nuriyeva və fəal gənclər iştirak ediblər.
Tədbirdə gənclərin asudə vaxtlarını səmərəli təşkil etmək, gənc liderlər yetişdirmək, vətəndaş cəmiyyəti quruculuğunda gənclərin rolunu artırmaq, yeni simaları üzə çıxarmaq və gənclərdə müzakirə mədəniyyətini formalaşdırımaq kimi xüsuslar gündəmə gətirilib.
“Müzakirə klubu”nda bir araya gələn gənclər diskussiyalara qoşulub, fikir mübadiləsi aparıb, mövzu ilə bağlı videocarx izləyiblər. Qadınların cəmiyyətdə rolundan da danışan gənclər gender bərabərsizliyini yaradan səbəblər və onu aradan qaldırmağın həll yollarını araşdırmağa çalışıblar.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here