Muzeyə yeni eksponat hədiyyə olunub

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Milli Azərbaycan Tarixi Muzeyinə 1917-1918-ci illərdə Azərbaycanda Nuru Paşanın komandanlıq etdiyi Qafqaz İslam ordusunun 12-ci alayında çavuş olaraq döyüşmüş Türkiyə vətəndaşı Əhməd Əlioğluna məxsus oraq hədiyyə olunub.

Muzeydən bildiriblər ki, orağı muzeyə Ə.Əlioğlunun nəticəsi Maşidə Məmiş Nimət qızı hədiyyə edib.

Metaldan hazırlanmış orağın dəstəyi taxtadandır. Orağın metal hissəsinin üzərində döymə üsulu ilə nəbati ornamentlər və 1938-ci il tarixi həkk olunub. Hazırda bu oraq Türkiyə-Azərbaycan qardaşlıq tarixini əks etdirən dəyərli bir eksponat kimi Hədiyyələr və Xatirə Əşyaları fondunda qorunub saxlanılır.

AZƏRTAC

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here