Mxitaryan Bakıya gəlməyəcək

İngiltərənin “Arsenal” klubu erməni futbolçu Henrix Mxitaryanın UEFA Avropa Liqasının Bakıda keçiriləcək final oyununa gəlməyəcəyini bəyan edib.

Azvision.az xəbər verir ki, bu barədə London klubu rəsmi açıqlama yayıb. Bildirilib ki, futbolçunun özü və ailəsi ilə danışıqlardan sonra onun Bakıya aparılmamasına qərar verilib.

Qeyd edək ki, mayın 29-da Bakıda “Arsenal” və “Çelsi” komandaları arasında futbol üzrə UEFA Avropa Liqasının final oyunu keçiriləcək.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here