RESPONSIVE LEADERBOARD AD AREA
ƏSAS SƏHİFƏ

Nə? Harada? Nə zaman?” oyunu üzrə İntellekt Marafonu Festivalı

540

Nə? Harada? Nə zaman?” oyunu üzrə İntellekt Marafonu Festivalı
Xəzər İntellektual Gənclər Klubu və Azərbaycan Gənclər Fondu / Azerbaijan Youth Foundationun dəstəyi ilə İntellekt Marafonu Festivalını təşkil edir.
Festivalın final mərhələsinə vəsiqə qazanmaq üçün Bakı və regionlarda təşkil olunacaq seçim turlarında iştirak etmək lazımdır. Seçim turları 31 oktyabr saat 14:00-da təşkil olunacaq. Seçim turları təşkil olunacaq məkanlar seçim turu ərəfəsində elan olunacaq. Əgər siz yaşadığınız şəhərdə seçim turunun keçirilməsini istəyirsinizsə təşkilat komitəsinin nümayəndəsinə müraciət edə bilərsiniz.
Qeydiyyat şərtləri:
1. Festivalda yalnız 16 və 29 yaşına qədər olan gənclər iştirak edə bilərlər.
2. Komanda 6 əsas, 3 əvəzedici oyunçudan ibarətdir. 4 nəfərdən az heyətə malik olan komandalara seçimdə üstünlük verilməyəcəkdir.
3. İştirak haqqı yoxdur.
Qeydiyyatdan keçmək üçün link: http://bit.ly/1khdRIZ
İştirak ərizəsinin tam doldurulmaması seçim turunda iştirakınızın təsdiq edilməməsi ilə nəticələnə bilər. İştirak ərizələrinin qeydiyyatı xronoloji ardıcıllıqla aparılır. Oyun meydançaları məhdud olduğundan tez qeydiyyatdan keçmiş komandalar üstünlük əldə edəcəklər.
Əlavə suallarla bağlı Təşkilat Komitəsinə müraciət edə bilərsiniz: Azad Manaflı (055) 422-49-07

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı