Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinə iki müavin təyin edilib

Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin I müavini və müavini vəzifələrinə təyinat olub.

Bununla bağlı Prezident İlham Əliyev sərəncamlar imzalayıb.

Sərəncamlara əsasən Əli İzzət oğlu Abdullayev nazirin I müavini, Elmir Tofiq oğlu Vəlizadə isə nazir müavini təyin ediliblər.

İndiyə qədər nazir müavini olan İltimas Məmmədov isə tutduğu vəzifədən azad edilib. Onun yerinə təyinat olmayıb.

Xatırladaq ki, dövlət başçısının 13 fevral 2017-ci il tarixli sərəncamı ilə Ramin Quluzadə nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin edilib.

“Report”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here