RESPONSIVE LEADERBOARD AD AREA
ƏSAS SƏHİFƏ

Nəsimi-650

46

Milli Arxiv İdarəsində görkəmli Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunan tədbir keçirilib.

Tədbirdə qurumun rəhbəri, professor Əsgər Rəsulov Prezident İlham Əliyevin “Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında” və “Azərbaycan Respublikasında 2019-cu ilin “Nəsimi ili” elan edilməsi haqqında” sərəncamlar imzaladığını, Milli Arxiv İdarəsində həmin sərəncamlardan irəli gələn tədbirlər planı hazırlandığını və bu toplantının da sözügedən planda nəzərdə tutulmuş tədbirlərdən biri olduğunu diqqətə çatdırıb.

O, Nəsiminin həyatı və yaradıcılığı, sufi-fəlsəfi görüşləri haqqında məlumat verərək böyük sənətkarın Azərbaycan dili və poeziyasının inkişafındakı misilsiz xidmətlərindən bəhs edib.

Sonra Respublika Dövlət Arxivlərinin materialları əsasında hazırlanan və dahi şair İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş “Həqq mənəm, həqq məndədir, həqq söylərəm…” adlı sənədli film nümayiş olunub.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı