RESPONSIVE LEADERBOARD AD AREA
ƏSAS SƏHİFƏ

Nəsimi Festivalı çərçivəsində keçirilən tədbirlər barəsində mobil tətbiq vasitəsilə məlumatlar əldə etmək olar

31

Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalı çərçivəsində keçirilən tədbirlər barəsində mobil tətbiq vasitəsilə məlumatlar əldə etmək olar.

İçərişəhər Tarix-Memarlıq Qoruğu ərazisində «Şövq məqamları” adlı layihə həyata keçirilir.

İşərişəhərin 30-dan artıq məntəqəsində Nəsimi poeziyası ilə bağlı guşələr yaradılıb. Festival günlərində qədim şəhərin müxtəlif məkanlarında Nəsimi poeziyası nümunələri ilə fərqli formalarda qarşılaşmaq olar. Bu məqsədlə müasir texnologiyanın da imkanlarından istifadə edilir. İçərişəhərdə müxtəlif rəssamların əsərləri, instalyasiyalar, videoproyeksiyalar nümayiş olunur, poeziya nümunələri və musiqi səslənir, teatr tamaşaları təqdim edilir.

Nəsimi festivalı ilə bağlı İçərişəhərdə yaradılmış guşələri də yeni mobil tətbiqdəki interaktiv xəritə vasitəsilə tapmaq olar. Mobil tətbiqi həm İOS, həm də Android sistemi əsasında fəaliyyət göstərən telefonlara aşağıdakı linklərdən istifadə etməklə yükləmək olar:

https://play.google.com/store/apps/details?id=az.mhm.nasimifestival
https://itunes.apple.com/us/app/nasimi-festival/id1435572486?mt=8

Trend

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı