“Nəsimi ili”nin açılış mərasimi möhtəşəm konsertlə yadda qalıb

Ankarada Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) mənzil qərargahında keçirilən “Nəsimi ili”nin açılış mərasimində Türkiyə Prezidenti Administrasiyasının Simfonik Orkestrinin geniş konserti olub. SİA-nın məlumatına görə, 2019-cu ilin türk dünyasında “Nəsimi ili” elan olunmasını tarixi hadisə kimi dəyərləndirən TÜRKSOY-un baş katibi Düsen Kaseinov bildirib ki, 2013-cü ildən həyata keçirilən tarixi şəxsiyyətləri tanıtma layihəsi türkdilli xalqların milli sərvətinə çevrilib.

Tanınmış aşıqlar Səlahəddin Dündar və Mehmet Gökçenin çıxışlarından sonra Azərbaycanın Əməkdar artisti Feyruz Səxavət Nəsiminin qəzəllərini muğam üstə ifa edib.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here