RESPONSIVE LEADERBOARD AD AREA
MƏDƏNİYYƏT 2019.10.08 16:38

Nəsimi rayonunda İmadəddin Nəsiminin 650 illik yubileyi qeyd olunub

63

Yeni Azərbaycan Partiyası(YAP) Nəsimi rayon təşkilatı Nəsimi rayon icra hakimiyyəti ilə birgə dahi şair və mütəfəkkir İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə tədbir keçirib.

Tədbiri giriş sözü ilə açan YAP Nəsimi rayon təşkilatının sədri, millət vəkili Məlahət İbrahimqızı Nəsiminin 650-ci ildönümünün qeyd edilməsi üçün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən müvafiq Sərəncamın imzalanmasına diqqətə çəkərək, bu Sərəncamın şairə verilən ən yüksək dəyərin göstəricisi olduğunu bildirib.

Qeyd edib ki, dünya ədəbiyyatı və fəlsəfi fikrində böyük rol oynayan görkəmli Azərbaycan şairi və mütəfəkkiri İ.Nəsimi xalqımızın dünya ədəbiyyatına bəxş etdiyi ən böyük şairlərdən biridir. 2019-cu ilin “Nəsimi İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 yanvar tarixli Sərəncamının tarixi əhəmiyyətinə nəzər salaraq, “Nəsimi İli” çərçivəsində ölkəmizdə geniş səpkidə tədbirlərin reallaşdığını diqqətə çatdırıb. Qeyd edib ki, xalqımızın tükənməz milli-mənəvi sərvətləri olan dahi, böyük simaların dünyada tanıdılmasında və onların irsinin təbliğ edilməsində Heydər Əliyev Fondunun, şəxsən Fondun prezidenti Mehriban Əliyevanın misilsiz xidmətləri var. Bu il dahi şair və mütəfəkkir İmadəddin Nəsiminin 650 illik yubileyi qeyd olunur. Ölkəmizdə və xaricdə bir çox mühüm tədbirlər keçirilib. Elə bu günlərdə keçirilmiş ikinci Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalı xüsusi qeyd edilməlidir.

Tədbirdə Nəsimi rayon icra hakimiyyəti başçısının birinci müavini Gülarə Verdiyeva çıxış edərək “Nəsimi İli”nin önəmindən, böyük mütəfəkkirin zəngin yaradıcılıq palitrasından danışıb. Nəsimi yaradıcılığına toxunaraq, ilk növbədə, onun Azərbaycan ədəbiyyatı ilə yanaşı, İslam Şərqində ictimai-fəlsəfi şeirin ən böyük nümayəndələrindən biri olduğunu vurğulayıb. O qeyd edib ki, görkəmli Azərbaycan şairinin şeirləri Şərq xalqlarının hafizəsində əbədi həkk olunub. G.Verdiyeva bildirib ki, Prezident İlham Əliyev tərəfindən bu ilin ölkəmizdə “Nəsimi ili” elan edilməsi respublikamızda bir sıra mədəni layihələrin geniş vüsət almasına təkan verib.

Sonra tədbir rayon ərazisində yerləşən ali məktəblərdə təhsil alan fəal tələbə-gənclərin iştirakı ilə “Əbədiyaşar Nəsimi” adlı bədii hissə ilə davam etdirildi.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı