“N” saylı hərbi hissədə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi qeyd olunub

Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş tədbir keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və torpaqlarımızın suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olan həmvətənlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.

Tədbirdə çıxış edən polkovnik Mehman Kərimov Prezident, Ali Baş Komandan İlham Əliyevin imzaladığı Sərəncama əsasən, 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsinin əhəmiyyətindən danışıb. Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, fəaliyyəti haqqında tədbir iştirakçılarına ətraflı məlumat verən M.Kərimov bildirib ki, Cümhuriyyətin, o cümlədən Azərbaycan Ordusunun 100 illik yubileyləri ölkəmizin bütün guşələrində olduğu kimi, Ordu sıralarında da geniş qeyd edilir. Bu gün müasir Azərbaycan Respublikasının Cümhuriyyətin varislik prinsipinə əsaslandığı və ümummilli liderimiz Heydər Əliyevin siyasi kursunu əsas götürərək dövlətçilik yolunda qətiyyətlə irəliləməsi xüsusi vurğulanıb.

Çıxış edənlər Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin artıq dünya dövlətləri arasında özünəməxsus yer tutduğunu, sürətlə inkişaf edən dövlətə çevrildiyini və bu gün respublikamızda dövlətçilik ənənələrinin ləyaqətlə qorunaraq gələcək nəsillərə ötürüldüyünü tədbir iştirakçılarının diqqətinə çatdırıblar.

Tədbir Həzi Aslanov adına Mərkəzi Zabitlər Evinin yaradıcı kollektivinin ifasında konsert proqramı ilə davam edib.

AZƏRTAC

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here