Naftalanda sahibkarlar üçün treninq keçirilib

 İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Gəncə nümayəndəliyinin təşkilatçılığı ilə Naftalanda sahibkarlar üçün treninq keçirilib.
“Kurortların inkişaf perspektivləri”, “Korporativ idarəetmə” mövzularını əhatə edən treninqdə “Azərbaycan Respublikasında 2009-2018-ci illərdə kurortların inkişafına dair Dövlət Proqramı”, kurort işçilərinin peşə səviyyəsinin artırılması, beynəlxalq standartlara cavab verən sanatoriya, kurort və pansionatların yaradılması, korporativ idarəetmə, Müşahidə Şurasının və səhmdarların hüquq və vəzifələri, onlar arasında qarşılıqlı münasibətlərin yaradılması kimi xüsuslarda ətraflı məlumat verilib.
Tədbir iştirakçıları apelyasiya şuraları, sahibkarların təkrar şikayətlərinə baxılması prosedurları barədə məlumatlandırılıblar. Treninqdə iştirakçılara İqtisadiyyat Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər barədə də söhbət açılıb.