NATO-nun şərq cinahındakı ABŞ qoşunları Polşadan idarə olunacaq

NATO-nun şərq cinahındakı ABŞ qoşunlarının komandanlıq mərkəzi Polşaya köçürüləcək.

RİA Novosti-nin məlumatına görə, bu barədə Polşanın müdafiə naziri Mariuş Blaşak yerli radiostansiyanın efirində bildirib.

“Biz ABŞ qoşunlarının diviziya komandanlığında iştirakı ilə bağlı razılığa gəlmişik. ABŞ-ın NATO-nun şərq cinahındakı qoşunları məhz bu komandanlıq mərkəzinə tabe olacaq”, – M.Blaşak bildirib.

Xatırladaq ki, bundan əvvəl ABŞ və Polşa hökumətləri Birləşmiş Ştatlara aid “MQ-9” hərbi kəşfiyyatçı dronlarından ibarət eskadrilyanın Polşaya yerləşdirilməsi ilə bağlı razılaşma əldə etmişdilər.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here