“Naviqator” – İstəkdən Peşəkarlığa – 16 Fərdi və Peşəkar İnkişaf Təlimləri

Kinolarda, kitablarda, verilişlərdə uğurlu, güclü, pozitiv, özgüvənli, nə istədiyini bilən və məqsədlərinə çatan insanlar görüb fərqli reaksiya veririk. Əsasən, “Onun bəxti gətirib (“daydayı” var)” deyib keçirik. Daha az hallarda isə biz özümüzə ən vacib sualı veririk – “Necə edim ki, onlar kimi olum?”
Əslində, biz inanırıq ki, hər şey düzgün sualla başlayır. Gənclər üçün ən aktual suallar adətən bunlar olur:
1. Necə ÖZümü tapım?
2. Həyatda nə istədiyimi bilmirəm. Necə onu müəyyən edim?
3. Necə motivasiya əldə edim?
4. Həyatda məqsədim yoxdur. Necə məqsəd təyin edim?
5. Necə iş tapım?
6. İnsanlarla ünsiyyət bacarıqlarımı necə inkişaf etdirim?
7. Fikirlərimi necə insanlara qəbul etdirim? Və s.

Biz bilirik ki, yuxarıda qeyd etdiyimiz problemləri aradan qaldırmaq üçün, insana bir istiqamət göstərən, öyrədən və yol yoldaşı olaraq ona istədiyi məqsədə çatmaqda kömək olacaq bir sistemə ehtiyac var və biz bu sistemi Sizin üçün yaratdıq. Onun adı NAVİQATOR-dur.
NAVİQATOR – 8 həftəlik, ilkin fərdi və peşəkar inkişafa aid BÜTÜN lazımi mövzuları özündə əhatə edən bir məhsuldur.
Məqsədimiz qeyri-formal təhsil üslubları ilə iştirakçıları müasir zamanın tələbi olan mövzularda məlumatlandırmaq, lazımı bacarıqlara və biliklərə yiyələndirmək və onlara öz seçdikləri yolda istiqamətləndirməkdir. Eyni zamanda fərdi kouçinq alətləri vasitəsi ilə iştirakçılar mütəmadi olaraq mütəxəssislərlə həftəlik görüşüb öz inkişaf xəritələrini nəzərdən keçirmək imkanı əldə edəcəklər.

8 həftəyə nələr daxildir?
– 16 fərdi və peşəkar inkişaf təlimi (bəli, düz oxudunuz 16 təlim)

8 HƏFTƏ = 16 Təlim
– Liderlik
– Komfort zonası
– Komanda işi
– Özgüvən və motivasiya
– Bloqçuluq (2 dərs)
– Şəxsi brend
– Məqsəd qoyuluşu
– Karyera planlaması
– Kommunikasiya bacarıqları
– Natiqlik
– Təqdimat bacarıqları
– Sahibkarlıq
– Mind Map
– Müsahibə
– Start Up-lar

  • Hər təlimin mövzusuna uyğun 16 mütəxəssislə görüş
  • Hər iştirakçı üçün həftəlik fərdi kouçinq sessiyası
  • Həftəlik mövzulara uyğun kitab və film kartotekasından ödənişsiz istifadə imkanı
  • Rəqəmlərlə və sözlərlə ifadə edə bilməyəcəyiniz bir təəssürat!

Bu hələ son deyil. ƏSAS MƏSƏLƏ: Ən yaxşı iştirakçılar layihənin sonunda müxtəlif tərəfdaş şirkətlərdə təcrübə proqramlarına qatılmaq imkanı əldə edəcəklər.

Navigator layihəsinə kimlər qatıla bilər?
– Həyatında köklü dəyişiklik etmək, ÖZünü tapmaq, məqsədlərini təyin etmək istəyən şəxslər
– Yuxarıda qeyd olunan məsələlər üçün iradəsi olan şəxslər (istəyi yox, məhz İRADƏSİ)
QEYD: 8 həftə ərzində şənbə-bazar gününü bu işə həsr etməyə hazır olan şəxslər.

Naviqator-a qoşulmaq üçün nə etmək lazımdır?
– Layihəyə maraq göstərən şəxslər ilkin olaraq ad, soyad və təlimin adını 0518432599 whatsapp nömrəsinə və ya 0774641868 nomrəsinə göndərə bilərlər.
Layihənin müddəti: Təlimlər Noyabrın 22-si başlayır və Dekabrın sonuna kimi davam edir
Ödəniş: Layihənin iştirak haqqı 160 AZN-dir (bura layihə ilə bağlı bütün xərclər daxildir)

Qeyd: Ödənişi layihə müddətində hissə-hissə ödəyə bilərsiniz.
Əlaqə vasitələri:

0518432599 (WhatsApp)

0774641868

0709381871

[email protected]

 

Təlimçilər:

Talıb Bayramov
Qafqaz universiteti və Barselona Universiteti məzunu.
Forens MMC-nin təsisçisi. 
Sheraton Hotel və “Sağlam Düşüncə” Gənclər təşkilatında zəngin iş təcrübəsinə malikdir.
Təlimçilik təcrübəsi də həmçinin zəngindir.
Naviqator layihəsi çərçivəsində biri birindən maraqlı və faydalı təlimlər keçəcəkdir. 

 

Nəcəf Allahverdiyev 

Moskva Ritorika və Natiqlik bacarığı Universitetinin məzunu.
– “Karnegi klub”-un təsisçisi
– Beynəlxalq Trenerlər Assosasiyasının üzvü
Naviqator layihəsi çərçivəsində “Mind map” mövzusunda təlim keçəcək.
Bu qədər təcrübəyə malik birisi tərəfində olan təlimdə mütləq iştirak etmək lazımdır.

 

Toğrul Ələkbər

Bakı Dövlət Universiteninin Beynəlxalq Münasibətlər fakultəsinin məzunu.
-Fərdi İnkişaf üzrə təlimçi və kouç
– Allmag Fərdi İnkişaf jurnalının həm-təsisçisi
– “Isaac Pintosevich Systems” şirkətinin sertifikatlı biznes təlimçisi
İxtisaslaşması: Karyera planlaması, İş axtarma, Motivasiya və Özgüvən, Liderlik və Komanda işi
Naviqator layihəsi çərçivəsində bir-neçə təlim keçəcəkdir.

Coşqun Kərimov.
Qafqaz Universiteti məzunu.
Hal-hazırda GR8CLUB-da Biznesin inkişafı üzrə Menecer vəzifəsində çalışır.
Vital MMC-nin təsisçisidir.
Baku 2015 Avropa Oyunlarında, Azercell Telecom MMC-də zəngin iş təcrübəsi vardır. 
“Naviqator” layihəsi çərçəvəsində “Təqdimat bacarıqları” təlimini aparacaq. Bu sahədə yetərincə təcrübəyə malikdir. Bakı çempionatında Debat yarışları üzrə ən yaxşı spiker seçilməyi də buna sübutdur. 
Komanda ilə yaxşı işləmə, tez ünsiyyətə girmək bacarığı onun təlimlərini həmişə maraqlı və canlı edir. 12115485_702360066530864_7720758621894971645_n