Naxçıvan Qarnizonunda buraxılış mərasimi keçirilib

Naxçıvan Qarnizonunda peşəkar hərbçilər yetişdirən ixtisas hazırlığı kurslarının uğurla başa çatması münasibətilə buraxılış mərasimi olub. Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən SİA-ya bildirilib ki, mərasimdə Azərbaycan Respublikasının Dövlət himni səsləndirildikdən sonra çıxış edən zabitlər gizir və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kurslarını bitirən gənclərə xidmətlərində uğurlar arzulayıblar.

Məzunlar kurslarda əldə etdikləri bilik və bacarıqla peşəkar hərbçi kimi Vətənimizin müdafiəsində ayıq-sayıq dayanacaqlarına söz veriblər. Mərasimdə Əlahiddə Ümumqoşun Ordu Komandanı, general-leytenant Kərəm Mustafayevin təbriki şəxsi heyətə çatdırılıb.

Sonra məzunlara sertifikatlar təqdim edilib və kurs birinciləri tərəfindən xatirə lövhələrinə buraxılış emblemləri vurulub. Sonda məzunların tribuna önündən təntənəli keçidi olub.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here