RESPONSIVE LEADERBOARD AD AREA
BAXIŞ BUCAĞI 2019.10.12 14:48

Nazım Hikmet kimi yəni

182

Nazım Hikmət kimi yəni. Ayaqlarımın yerə dəyməsi məni elə narahat edir ki. Mən indi dənizlərin üstündən axıb səmaya süzülməliydim. Ah məndəki bu uçmaq yanğısı… Bir kərə uça bilsə insan. Ayaqlarını yerə yapışıb qalmasından necə ağrı duyardı bilmirsiniz.

Bir kərə uça bilsəydi insan, heç yerə enməzdi bilmirsiniz. Ayaqlarımı dartıb yerdən sökmək istəyirəm. İnsanlar – bu “Gəzəyən Ağaclar”, necə razılaşıb bunla görəsən?! Mənə ağır gələn bu yükü necə sahiblənmişik?! Yüksəklik qorxusu olanları anlamıram. Qəfəsdən çıxmaq istəməyən quş mu olar?! Anlamıram.

Dar ağacında ölməmişdən əvvəl son arzumu soruşsalar, dəli kimi gülümsəyib uçmaq!- deyərdim yəqin. Aaah , məndəki bu azadlıq yanğısı… Uçmaq idi ən gözəl azadlıq. Bilmirsiniz. Nazım Hikməti tanıdım mən burada. Arzum uçmaq ikən boz və kirli divarların arasında qalan qartalı yəni. Nazım Hikmət kimi hiss etmək də nə pis şeymiş. O, parkda yerə sancılan ağacın göyə dırmaşarkən, quruması kimi yəni. Ah məndəki bu uçmaq yanğısı. Yuxularda uçuram ən çox. Nazım Hikmət kimi yəni. Qələmiylə hərfləri yan-yana düzüb uçan quşlar çəkirdi Nazım. Qələm bitti iki gündə. Nazımdan soruşsan iki gündə bitti deyər, qələmdən soruşsan qocaman ömrüm bitti deyər. Ah məndəki bu uçmaq yanğısı. Nazımdakından da betər. Ortanın ortası ortanın da ortasını tapıb mərkəzləşmək istəyirdi O. Küncün küncündəyəm küncün də küncündə, bilmirsiniz. Ah məndəki bu uçmaq yanğısı Nazımdan da betər. Bilmirsiniz. Səfər Hüseynli

Səfər Hüseynli

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı