Nazir: Azərbaycan inkişafın yeni mərhələsindədir

Azərbaycan inkişafın yeni mərhələsindədir, ölkədə islahatlar uğurlar reallaşdırılır, iqtisadiyyat liberallaşdırılır və genişlənir.

Trend-in məlumatına görə, bunu Nəqliyyat, Rabitə və Yüksək texnologiyalar naziri Ramin Quluzadə “Bank işində və ödəniş ekosistemində yeni tendensiyalar: innovativ həllər, maliyyə texnologiyaları və təhlükəsizlik” mövzusunda FINTEX sammitində deyib.

O bildirib ki, ölkədə ixrac potensialının güclənməsi, əlverişli investisiya mühitinin formalaşması, innovasiya texnologiyaların inkişafı üzrə ciddi iş aparılır:

“Hazırda ölkənin maliyyə texnologiyaları sektorunda müxtəlif startaplar və iri şirkətlər fəaliyyət göstərir”.

Nazir maliyyə texnologiyaları bazarının iştirakçıları arasında ciddi rəqabəti də xüsusi vurğulayıb.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here