Nazir Azərbaycanla Çexiya arasında əməkdaşlığın prioritet sahələrini açıqladı

Azərbaycan və Çexiya bir çox sahələrdə münasibətlərin inkişafı üçün böyük potensiala malikdir.

Bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev Bakıda keçirilən Azərbaycan-Çexiya biznes forumunda deyib.

Nazir bildirib: “Ölkələrimiz arasında maliyyə, sənaye, maşınqayırma və kimya sənayesi sahələrində münasibətlərin inkişafı üçün böyük potensial var”.

Ş.Mustafayev qeyd edib ki, Azərbaycan Çexiyanın strateji tərəfdaşıdır: “Bu ilin altı ayında Azərbaycan ilə Çexiya arasında ticarət dövriyyəsinin həcmi 2 dəfə artıb. Çexiya Azərbaycana 30 milyon dollar həcmində investisiya yatırıb, ölkəmizin isə Çexiyaya qoyduğu sərmayənin həcmi daha çoxdur”.

Qeyd edək ki, Azərbaycanda 25 Çexiya kapitallı şirkət fəaliyyət göstərir.

Trend

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here