Nazir müavini: Şagird sıxlığı daha çox Bakıdadır

Azərbaycanda şagird sıxlığı problemi daha çox Bakı şəhərində yaşanır.

Bunu təhsil nazirinin müavini Ceyhun Bayramov jurnalistlərə deyib.

Nazir müavini qeyd edib ki, Təhsilin inkişafı üzrə Dövlət Startegiyasında və digər sənədlərdə məktəblərdə tədrisin bir növbədə təşkil edilməsi məqsəd kimi qarşıya qoyulub. Amma bu günə kimi Bakı şəhərində buna tam nail olmaq mümkün olmayıb.

C.Bayramov şagird sıxlığının yaranmasının əsas səbəbini demoqrafik göstəricilərin yüksəlməsi ilə izah edib:

“Son 7-8 ildə Azərbaycanda demoqrafik göstəricilər yüksəlib. 90-cu illərin sonlarında demoqrafiya mənfi idi, müəyyən dövrlərdə məktəblərdə şagirdlərin sayında azalma müşahidə olunurdu. Bu gün isə bunun tam əksini yaşayırıq. Hər il 1-ci sinfə gələn şagirdlərlə məktəbi bitirən 11-ci sinif şagirdlərinin sayı arasında təxminən 50 minə yaxın fərq olur. Hər il məktəbə daxil olan şagirdlərin sayı daha çox olur. Təbii ki, bu, demoqrafik cəhətdən müsbət haldır, lakin öz növbəsində bir sıra aktual məsələləri gündəmə gətirir. Təbii ki, şagird sıxlığı ilə bağlı hesablamalar aparılır, müvafiq sənədlər, təkliflər hökumətə təqdim olunur”.

 

 

trend.az

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here