Nazir müavini Şagirdlərimizin ingilis dili üzrə danışıq səviyyəsindən narazıdır

“Uzun illər müşahidə etdiyimiz məqam ondan ibarətdir ki, şagirdlərimizin ingilis dili üzrə qramatik göstəriciləri yaxşı olur. Amma real danışıq səviyyəsində bir sıra problemlər yaranır”.

Bunu təhsil nazirinin müavini Ceyhun Bayramov jurnalistlərə deyib.

Nazir müavini hesab edir ki, ingilis dili mərkəzlərinin açılması vasitəsilə bu problemin həllində əsaslı dönüş yarada biləcəklər.

Bu gün Bakı şəhərində Təhsil Nazirliyi ilə “British Council”un birgə təşkilatçılığı ilə 3 ingilis dili mərkəzinin açıldığını deyən C.Bayramov bildirib ki, bu mərkəzlər Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunda, Fizika, Riyaziyyat, İnformatika Təmayüllü Liseydə və Bakının 23 nömrəli məktəbində açılıb: “Bu ilk 3 mərkəzdir. Biz burada əldə etdiyimiz nailiyyətlərdən asılı olaraq həm Bakı şəhərində həm də digər şəhər və rayonlarda belə mərkəzlərin sayını artıra biləcəyik. Burada BC-nun metodologiyası əsasında ilk növbədə müəllimlərin peşəkar inkişafı üçün şərait yaradılır. Burada müasir texnologiyalar ingilis dilinin peşəkarları tərəfindən tədris olunacaq, bunun üçün ingilis dilli mütəxəssislər cəlb olunacaq. Məqsəd ondan ibarətdir ki, bu mərkəzlərə cəlb olunan müəllimlər vasitəsilə məktəblərdə şagirdlər üçün ingilis dili tədrisinin keyfiyyəti qaldırılsın. Eyni zamanda, digər lisey və məktəblərdə yaradılan mərkəzlərdə təhsil alanların diskusiya klubları vasitəsilə təlimlərə cəlb edilməsi planlaşdırılır”

 

 

trend.az

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here