Nazir müavini vəzifəsindən azad edildi

Energetika nazirinin müavini Natiq Abbasov vəzifəsindən azad edilib. Bu barədə Azvision.az-a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Prezident İlham Əliyevin 20 noyabr tarixində imzaladığı sərəncamla Natiq Balaş oğlu Abbasov energetika nazirinin müavini vəzifəsindən kənarlaşdırılıb.

Qeyd edək ki, N.Abbasov 2009-cı ildən energetika nazirinin müavini vəzifəsində çalışıb.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here