Nazirin birinci müavininin Göygöldə vətəndaş qəbulu iyulun 18-nə təyin olunub

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin birinci müavini Əli Abdullayev 18 iyul 2019-cu il tarixində saat 11:00-da Göygöl rayonunda vətəndaşları qəbul edəcək.

Nazirlikdən verilən məlumata görə, qəbul zamanı nəqliyyat, telekommunikasiya, poçt xidmətləri və digər aidiyyəti məsələlərlə bağlı müraciətlərə baxılacaq.

Vətəndaşlar “[email protected]” elektron poçt ünvanı, 1655 “Çağrı Mərkəzi”, 012 598 38 18 nömrəli telefon vasitəsilə (regionlardan edilən zənglər pulsuzdur) əlaqə saxlayıb qəbula yazıla bilərlər.

Eyni zamanda, qəbula gəlmək istəyən vətəndaşlar, zərurət yaranarsa, yaşadıqları ərazinin poçt şöbəsi və telefon qovşağı tərəfindən nəqliyyat vasitələri ilə təmin olunacaqlar.

Bunun üçün Göygöl sakinlərindən 022 2055013 nömrəli telefona zəng etmələri xahiş olunur.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here