Nazirlərin mart ayında bölgələrdə qəbul günləri

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2015-ci ilin martında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəli açıqlanıb. Qəbul günlərinin siyahısı:
1.Təhsil Naziri Mikayıl Cabbarov, mart ayının 10 da Masallı rayonunda Masallı, Lənkəran, Astara, Lerik, Yardımlı və Cəlilabad rayon sakinlərini qəbul edəcək.
2.Gənclər və İdman Naziri Azad Rəhimov, mart ayının 12 də Mingəçevir rayonunda Mingəçevir, Yevlax, Ağdaş, Göyçay, Ucar, Zərdab, Kürdəmir, Bərdə, Tərtər və Ağsu rayon sakinlərini qəbul edəcək.
3.Ekologiya və Təbii Sərvətlər Naziri Hüseynqulu Bağırov, mart ayının 13 də Şabran rayonunda Şabran, Qusar, Quba, Xaçmaz, Xızı və Siyəzən rayon sakinlərini qəbul edəcək.
4.Ədliyyə Naziri Fikrət Məmmədov, mart ayının 13 də Ağdaş rayonunda Aşdaş, Mingəçevir və Yevlax rayon sakinlərini qəbul edəcək.
5.Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Səlim Müslümov, mart ayının 13 də Sabirabad rayonunda Sabirabad, Şirvan, Saatlı və Hacıqabul rayon sakinlərini qəbul edəcək.
6.İqtisadiyyat və Sənaye Naziri Şahin Mustafayev, 13 də Yevlax rayonunda Yevlax, Mingəçevir və Bərdə rayon sakinlərini qəbul edəcək.
7.Kənd Təsərrüfatı Naziri Heydər Əsədov, mart ayının 13 də Goranboy rayonunda Goranboy, Yevlax, Samux, Göygöl, Daşkəsən, Xocalı və Kəlbəcər rayon sakinlərini qəbul edəcək.
8.Nəqliyyat Naziri Ziya Məmmədov, mart ayının 13 də Şamaxı rayonunda Şamaxı və Qobustan rayon sakinlərini qəbul edəcək.
9.Səhiyyə Naziri Oqtay Şirəliyev, mart ayının 13 də Mingəçevir rayonunda Mingəçevir, Yevlax, Bərdə və Goranboy rayon sakinlərini qəbul edəcək.
10.Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, mart ayının 13 də Qobustan rayonunda Qobustan, Şamaxı, Ağsu, İsmayıllı və Göyçay rayon sakinlərini qəbul edəcək.
11.Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov, mart ayının 13 də Saatlı rayonunda Saatlı, Şirvan, Sabirabad, Salyan, Neftçala, Hacıqabul və Cəbrayıl rayon sakinlərini qəbul edəcək.
12.Rabitə və Yüksək Texnologiyalar Naziri Əli Abbasov, mart ayının 14 də Ucar rayonunda Ucar, Zərdab, Kürdəmir və Ağdaş rayon sakinlərini qəbul edəcək.
13.Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərov, mart ayının 16 da Hacıqabul rayonunda Hacıqabul, Sabirabad, Saatlı və İmişli rayon sakinlərini qəbul edəcək.
14.Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Arzu Rəhimov, mart ayının 17 də Şamaxı rayonunda Şamaxı, İsmayıllı, Qobustan və Ağsu rayon sakinlərini qəbul edəcək.
15.Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev, mart ayının 18 də İmişli rayonunda İmişli, Saatlı, Sabirabad, Cəbrayıl, Beyləqan, Xocavənd və Füzuli rayon sakinlərini qəbul edəcək.
16.Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə, mart ayının 18 də Gədəbəy rayonunda Gədəbəy, Gəncə, Daşkəsən, Samux, Göygöl və Şəmkir rayon sakinlərini qəbul edəcək.
17.Baş Prokuror Zakir Qaralov, mart ayının 30 da Biləsuvar rayonunda Biləsuvar, Cəbrayıl, İmişli, Cəlilabad və Neftçala rayon sakinlərini qəbul edəcək.
18.Mədəniyyət və Turizm Naziri Əbülfəs Qarayev, mart ayının 30 da Tovuz rayonunda Tovuz, Ağstafa, Gədəbəy, Qazax və Şəmkir rayon sakinlərini qəbul edəcək.
19.Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, mart ayının 30 da Siyəzən rayonunda Siyəzən, Şabran və Xaçmaz rayon sakinlərini qəbul edəcək.
20.Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev, mart ayının 30 da Xızı rayonunda Xızı, Sumqayıt, Abşeron və Qobustan rayon sakinlərini qəbul edəcək.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here