Nazirlik: Davamiyyət az olsa da, məktəblərin bağlanması nəzərdə tutulmur

Azərbaycanda müşahidə edilən qarlı və şaxtalı hava şəraiti məktəblilərin dərsə davamiyyətinə mənfi təsir edib.
Təhsil Nazirliyindən verilən xəbərə görə, şagirdlərin dərsə davamiyyət az olsa da, məktəblərin bağlanması nəzərdə tutulmur. Davamiyyətin aşağı olması daha çox dağlıq və relyefi çətin olan ərazilərdə müşahidə edilir.

APA