Nazirlik sellofan torbaların pullu olmasına aydınlıq gətirdi

“Araşdırmalar göstərir ki, plastik torbaların ödənişsiz paylanmasının qarşısı alınan ölkələrdə istifadə 90-92 faizə qədər aşağı düşüb”. Azvision.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji marifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Umayra Tağıyeva deyib.

ETSN rəsmisi bildirib ki, hazırda marketlərdə plastik torbalar ödənişsiz olduğu üçün insanlar məhsulları bir neçə sellofan torba ilə evə aparırır. “Mərhələli şəkildə plastik torbalardan istifadənin məhdudlaşdırılması həyata keçiriləcək. İlk öncə maarifləndirmə tədbirləri aparmalıyıq”.

U.Tağıyevanın sözərinə görə, plastik torbaların ödənişli olması gələn il daxil olan kimi tətbiq edilməyəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sektor müdiri Mehman Nəbiyevin fikrincə, plastik torbalardan istifadənin ödənişli olması o demək deyil ki, qərar tezliklə veriləcək.

“Biz plastik torbaların istehlakçıları ilə müzakirələr aparırıq və qiymətləndirmə edəcəyik. Ödəniş məsələsi plastik torbaların məhdudlaşdırılması tədbirlərindən biridir. Parça torbaların istifadə olunması, onların ölkəyə daxil olması üçün gömrük güzəştlərinin edilməsi və digər məsələlər nəzərdə tutulur ki, bazada bu torbalardan istifadə stimullaşdırılsın”.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here