“NBC Bank” “Biznes kreditləri şöbəsinin müdiri” vəzifəsinə işə qəbul elan edib

“NBC Bank” “Biznes kreditləri şöbəsinin müdiri” vəzifəsinə işə qəbul elan edib.Dialoq.info-un banka istinadən verdiyi məlumata görə, namizədlər biznesin təşkili və idarə edilməsi üzrə ali iqtisadi təhsilli olmalı, Azərbaycan və rus dillərində sərbəst danışmağı və yazmağı bacarmalı, bank qanunvericiliyini, Mərkəzi Bankın normativ aktlarını bilməlidir. Bank sektorunda bu sahə üzrə 2 ildən çox iş təcrübəsinin olması lazımdır.

Əsas vəzifə öhdəlikləri:
– Bankın biznes kreditləri şöbəsinin rəhbəri olaraq həmin şöbənin işinin təşkili, kredit siyasətinin, kredit texnologiyasının və bankın kredit prosedurlarının tətbiqi və bunların həyata keçirilməsinə nəzarət,  Bankın biznes kreditləri üzrə qüvvədə olan prosedur qaydalarının icrasına nəzarət, biznes kreditləri şöbəsinin inkişaf planlarının işlənib hazırlanması və onların icrasına nəzarət, biznes kreditləri ilə əlaqədar olan bütün filiallararası münasibətlərin idarə edilməsi və onlara nəzarət, şöbənin işçi heyətinin inkişafının idarə edilməsi və buna nəzarət prossesinin həyata keçirilməsi.
– Banka perspektiv müştəriləri cəlb etməklə бiznes kredit portfelinin kəmiyyət və keyfiyyət artımına nail olunması.
– Biznes kreditlərinin monitorinqi və gecikdirilmiş kreditlərin qaytarılması prosesinin təşkili.
– Biznes kreditləri üzrə əməliyyatların hazırlanması, qeydiyyatının aparılması və kredit müqaviləsi üzrə müştərilərin  proqrama düzgün daxil edılməsinə nəzarət edilməsi.
– Kreditə  olan təlabatın təmin olunması məqsədilə müştərilərlə danışıqların aparılması, mümkün maksimal işlərin əldə edilməsi və kreditin qaytarılmasının təmin edilməsi məqsədilə düzgün kreditləşma sxeminin seçilməsi.
– Müştərinin kreditin verilmə şərtləri və qaydaları ilə, həmçinin Bankın hüquqi və fiziki şəxslərə qarşı olan tələbləri ilə tanış edilməsi.
Maraqlananlar öz CV-lərini [email protected] electron poçt ünvanına göndərə bilərlər.