ƏSAS SƏHİFƏ

“Neft sənayesində mövcud ekoloji problemlər və onların həlli yolları” mövzusunda seminar keçiriləcək

624

2015-ci il 10-11 fevral tarixlərində IDEA-nın Resurs Mərkəzində “Neft sənayesində mövcud ekoloji problemlər və onların həlli yolları” mövzusunda seminar keçiriləcəkdir. Seminarda neft sənayesinin yaratdığı ekoloji problemlər və onların aradan qaldırılması yolları, mövcud ekoloji normativlər, dünya təcrübəsi və ölkəmizdə bu istiqamətdə görülən işlərdən bəhs olunacaq.

Seminar nəzəri və praktiki hissələrdən ibarət olacaq. Nəzəri hissədə ARDNŞ-nın (SOCAR) mütəxəssisi tərəfindən mühazirə təqdim olunacaq. Praktiki hissə zamanı isə iştirakçılar ARDNŞ-nin (SOCAR) Eko Parkına səyahət etmək və ekoloji laboratoriyası ilə tanış olmaq imkanı əldə edəcəklər.

Seminarda iştirak etmək istəyən şəxslərdən CV-lərini 7 fevral 2015-ci il tarixindən gec olmayaraq “elmi proqram” başlığı altında [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Əlavə məlumat üçün:
Tel.: +(994 12) 4976316
E-mail: [email protected]

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı