RESPONSIVE LEADERBOARD AD AREA
ƏSAS SƏHİFƏ

“Neftçi”nin rəqibi Rusiya çempionatının zirvəsində

8

Rusiya Premyer Liqasında ikinci turun oyunları keçirilir.

“Neftçi”nin Avropa Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi “Arsenal” bu tur səfərdə Ramil Şeydayevin keçmiş klubu “Krılya Sovetov”un qonağı olub. Görüş Tula təmsilçisinin 3:2 hesablı qələbəsi ilə başa çatıb. “Arsenal” bu nəticədən sonra xallarının sayını 4-ə çatdırıb və hələlik liderliyə yüksəlib. Samara təmsilçisi isə 3 xalla 3-cü sırada qərarlaşıb.

Rusiya Premyer Liqası, 2-ci tur

20 iyul

“Krılya Sovetov” – “Arsenal” – 2:3
Qollar: Tkaçev, 22 (0:1), Kanqva, 24 (0:2), Sobolev, 43 (1:2), Tudorie, 52 (1:3), Burlak, 56 (2:3)

Qeyd edək ki, “Neftçi” ilə “Arsenal” arasında ilk oyun iyulun 25-də Tula şəhərində keçiriləcək və Bakı vaxtı ilə saat 21:00-da başlanacaq. Cavab görüşü isə 1 həftsə sonra “Bakcell Arena”da olacaq.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı