Nəqliyyat Fakültəsinin tələbəsi…

2009-2013-cu illərdə Azərbaycan Memarlıq və İnşaat Universitetinin Nəqliyyat fakültəsinin tələbəsi olmuş Nicat Göyüşov.

Həmin fakültənin “Yerüstü nəqliyyat vasitələrinin mühəndisliyi” ixtisası üzrə təhsilin bakalavr pilləsini müvəffəqiyyətlə başa vuran G.Nicat həmin ildə də eyni ixtisasın magistr pilləsinə qəbul olmuşdur. 2015-ci ildə isə magistraturanı fərqlənmə diplomu ilə bitirmişdir. G.Nicat bir müddət sonra, yəni 2013-cü ildən etibarən Azərbaycan Memarlıq və İnşaat Universitetində əmək fəaliyyətinə başlamışdır.

2017-ci il mayın 31-də isə, Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarovun əmri ilə Qazax Dövlət Sosial İqtisad Kollecinə tədris işləri üzrə direktor müavini vəzifəsinə təyin olunmuşdur.